Qan ehtiyatları ilə bağlı KRİTİK VƏZİYYƏT YARANIB

Qan ehtiyatları ilə bağlı KRİTİK VƏZİYYƏT YARANIB

Latviyada qan tədarükü ilə əlaqədar kritik bir vəziyyət meydana gəlib. SİA xəbər verir ki, bu barədə ölkənin qan ehtiyatları mərkəzinin məlumatında deyilir.

Məlumatda qeyd olunur ki, çatışmazlıq səbəbindən ölkədə hətta tibbi əməliyyatlar belə ləğv olunmağa başlanıla bilər.

“Hörmətli donorlar. Vəziyyət kritikdir. Qan ehtiyatları tezliklə doldurulmasa, təchiz edilməsə, xəstəxanalar əməliyyatları ləğv etməli olacaqlar”, deyə mərkəz çərşənbə axşamı Twitter-də qeyd edib.

Mərkəz Latviya vətəndaşlarını hər qrup üzrə qan verməyə çağırır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə