BMT Liviya liderini cinayət törətməklə günahlandırıb

BMT Liviya liderini cinayət törətməklə günahlandırıb

BMT Liviya ilə bağlı hesabat tərtib edib. SİA-nın məlumatına görə, BM-in Liviyaya təyin etdiyi nümayəndə heyəti Liviyadakı hadisələrin araşdırılması nəticəsində hesabat hazırlayıblar.

Hesabatda Qəddafi qoşunlarının cinayətkar adlandırılması ilə yanaşı, müxalifətçilər də eyni günahdan məsul bilinib. Belə ki, hər iki tərəfin davranışlarının müharibəyə səbəb olduğu aşkar edilib.

Bütün bunlara əsaslanaraq hesabatda Liviyadakı vəziyyətə səbəb olan hər iki tərəfin nümayəndələrinin məhkəmə qarşısında cavab verəcəkləri bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə