Putinin \"Xalq Cəbhəsi\"nə 4445 təşkilat qoşulub

Putinin \"Xalq Cəbhəsi\"nə 4445 təşkilat qoşulub

Putinin artıq 4445 təşkilatdan ibarət üzvlük heyəti var. SİA-nın məlumatına görə, Rusiyanın baş nazirinin quracağı Xalq Cəbhəsinə artıq 4445 təşkilat üzv olub.

Bu barədə Putinin spikeri Dimitriy Peskov açıqlaması zamanı məlumat verib.O bildirib ki, yaranacaq siyasi ittifaq artıq inkişaf mərhələsindədir: \"Xalq Cəbhəsi adlı yeni siyasi ittifaq artıq üzvlərini toplayıb. İttifaqa təkcə Rusiyadan 16 milli təşkilat və 429 regional və yerli qrup qoşulub. Üzvlərinin yaxın gələcəkdə daha da artacağını planlaşdırırıq. Bütün bunlarla yanaşı, qeydiyyatda olmayan təşkilatların da üzvlüyü qəbul edilir. Onlar cəbhənin potensial dəstəkləri olacaq. Xalq Cəbhəsinin yaranmasını Putinin Kremlə geri dönmək istəyi kimi qiymətləndirənlərə isə belə cavab verim ki, cəbhənin seçkilərlə heç bir əlaqəsi yoxdur. Xalq Cəbhəsi siyasi ittifaqı sadəcə özünün istiqamətləndirdiyi məsələlərlə məşğul olacaq\".

Bütün xəbərlər Facebook səhifəmizdə