...Ötən gün erməni saytlarından birində rastlaşdığım bir yazı məni çox “təsirləndirdi”. Təbii ki, “erməni humanizmi” barədə az-cox məlumatlı olsam da, bu yazını oxuyan digərləri də bunu “erməni humanizminin” bariz nümunəsi kimi də qəbul etmış olardı. Uzatmayaq...
Deməli, 44 günlük müharibədə məğlub olmalarını, gələcəkdə “NATO-ya daxil olub” güclənəcəklərini, sonradan nə bilib hansı qələtlər edəcəyini yazan erməni müəllif, daha sonra bəzən insan həyatını xilas etmək üçün alçaldıcı, populyar olmayan tədbirlərə getməyin vacibliyini də bildirir. “Əhsən, əsl erməni tapıntısıdır...”
Burada bildirim ki, erməni yazar bu fikirləri Azərbaycanın Ermənistana qaytardığı 15 erməni əsiri nəzərdə tutaraq yazır.
Yəni demək istəyir ki, bir daha baxın, müharibədə uduzmağımıza-filana baxmayaraq, erməni öz xalqı üçün bütün “məhrumiyyətlərə gedə bilər”. Yəni biz ermənilər öz həmcinslərimizə həmişə böyük önəm vermişik və bu gün də vermək istəyirik...
Qeyd edim ki, erməni müəllif yazısının bu yerində İsrail dövlətindən bir nümunə də gətirir. Belə ki, o, beş ildən çox Fələstində həbsxana həyatı yaşayan bir israilli hərbçinin İsrail dövləti tərəfindən 1027 fələstinli məhbusla dəyişərək onu azadlığa qovuşdurduğunu xatırladır.
Erməni yazar bunu deməklə, ölkəsinin də heç vaxt öz ermənisinin həyatına biganə qalmadığını, hərbi əsirlərini “Azərbaycandan geri almaq” üçün Füzuli və Zəngilanın minalı sahələrinin xəritəsini verdiklərini bildirir. O, hətta burada Azərbaycanın bu əraziləri minadan təmizləmək üçün on illərlə yanaşı, milyonlarla dollar lazım olduğunu da xatırladır. Yəni məncə, o bununla demək istəyir ki, “görürsünüz də, biz almaq imkanımız ola-ola milyonlarla dolları yaxın buraxmadıq, çünki erməni əsgərlərinin həyatı bizim üçün daha böyük önəm kəsb edir”...
Mən burada uzunçuluq etməyəcəyəm, sadəcə, Azərbaycan dövlətinin humanistlik göstərib emənilərə qaytardığı hərbi əsirlərin Bakıda keçirilən məhkəmə zamanı elə onların öz dillərindən eşitdiklərimi Sizlərə xatırladacağam.
Məsələn, ötən günlərdə Azərbaycan tərəfindən ermənilərə qaytarılan hərbi əsir Vels Anbardaryan məhkəmədə iddia edirdi ki, o göndərildiyi ərazinin Azərbaycan ərazisi olduğunu bildikdə, etiraz edib. Çünki həmin ərəfədə artıq müharibənin bitdiyini bilirmiş. Amma erməni rəhbərliyi, nədənsə onun nə özünə, nə də dediklərinə elə də bir önəm verməyib, onu həbslə təhdid edərək gizli də olsa, Azərbaycan ərazilərində qalmağa məcbur edib. Deyim ki, mühakimə olunan digər hərbi əsirlər də, Vels Anbardaryanın dediklərinə uyğun açıqlamalar verib, erməni zabitləri tərəfindən təhqir və təhdidlərə məruz qaldıqlarını bildiriblər.
Təbii ki, burada bu misalların sayını artırmaq da olar. Amma buna lüzum görmürük, çünki adi bir hərbi əsir(lər)in dedikləri ilə erməni yazarın yazdıqları “erməninin erməniyə verdiyi önəm”lə heç bir oxşarlıq təşkil etmir.
Əslində, bu da başadüşüləndir. Çünki heç vaxt geniş maddi-mənəvi zənginliyi olmayan ermənilər tarixən həyatda ancaq yalan, şər, yaltaqlıq, uydurma və ya terror nəticəsində qorunmağa çalışıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB