Deməli, koronavirusun yayılması ilə əlaqədar vəziyyətin pisləşməsi səbəbindən Estoniyadan sonra Avstriya da Rusiyanı “qırmızı siyahı”ya salıb.
Beləliklə, Avstriya Səhiyyə Nazirliyinin saytında yer alan məlumata görə, iyulun 8-dən etibarən Rusiya vətəndaşlarının bu ölkəyə girişi yasaqlanır. Təbii ki, burada bəzi istianalar da nəzərə alınıb. Belə ki, iyulun 8-dən etibarən Avstriya ərazisinə daxil olan rus vətəndaşları on gün müddətində “karantin həyatı” yaşamalıdırlar.
Qeyd edək ki, Avstriya bu məhdudiyyətləri Rusiyadan əlavə Braziliya, Botsvana, Böyük Britaniya, Zambiya, Zimbabve, Hindistan, Lesoto, Malavi, Mozambik, Namibiya, Nepal, Uruqvay və Cənubi Afrika ölkələrinə də şamil edib.
Maraqlıdır ki, Avstriyadan fərqli olaraq, Almaniya dövləti, əksinə, Rusiya, İngiltərə, Hindistan, Portuqaliya və hətta Nepal kimi ölkələrdən gələnlər üçün məhdudlaşdırıcı tədbirləri azaltmağa qərar verib.
Onu da bildirək ki, almanların Robert Kox adına Viroloji İnstitutunun saytında yer alan məlumata görə, 7 iyuldan etibarən Almaniyaya gələn xaricilər daha iki həftəlik karantinə göndərilməyəcəklər. Belə ki, xəstəlik keçirmiş və ya AB-də qeydiyyatdan keçmiş peyvəndlə aşılananlar karantinə ehtiyac duymurlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB