Meksikanın Kuernavaka şəhərində (Morelos ştatı) yerli komandaların oyunu zamanı naməlum şəxslər tamaşaçılara silahdan atəş açıblar.
SİA “El Universal” nəşrinə istinadən xəbər verir ki, silahlı insident nəticəsində azarkeşlərdən 4 nəfəri ölüb, 3-ü isə yaralanıb.
Silahlı şəxslər stadiona üç motosikletlə gəliblər. Sonra onlar tamaşaçılara atəş açdıqdan sonra oradan uzaqlaşıblar. Polisin isti izlərlə əməliyyat - axtarış tədbirləri zamanı məlum olub ki, silahlılar narkotik qruplaşmanın üzvləridir.
Qeyd edək ki, sözügedən stadionda tez-tez mütəşəkkil cinayətkar dəstələr arasında analoji hadisələr baş verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB