Filippinin cənub-qərbində hərbi təyyarənin düşməsi nəticəsində ölənlərin sayı 45 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə “CNN Philippines” ölkənin müdafiə nazirliyinin açıqlamasına istinadən məlumat yayıb.
Nazirliyin son məlumatlarına görə təyyarənin göyərtəsində 42, yerdə daha üç nəfər həlak olub. Qəza yerində 49 hərbçinin sağ tapıldığı bildirilir. Axtarış əməliyyatı gəminin qəzaya uğradığı ərazidə davam edir.
Xatırladaq ki, Filippin Hərbi Hava Qüvvələrinin C-130 təyyarəsi Sulu vilayətindəki Holo adasına enməyə cəhd edərkən qəzaya uğrayıb. Müdafiə naziri Delfin Lorenzana bir qədər əvvəl bildirmişdi ki, ilkin məlumatlara görə, göyərtədə üç pilot və digər beş heyət üzvü olmaqla 92 nəfər olub.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB