Türkiyədə yanacaqla dolu 6 vaqon relsdən çıxaraq aşıb

Türkiyədə yanacaqla dolu 6 vaqon relsdən çıxaraq aşıb

Türkiyənin cənub-şərqində yerləşən Batman vilayətindən ölkənin mərkəzi hissəsində yerləşən Kırıkkale vilayəti istiqamətində hərəkət edən yük qatarı qəzaya uğrayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, içərisində yanacağın olduğu 6 vaqon relsdən çıxaraq aşıb. Onların 3-də sızma qeydə alınıb. Təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqdakı yaşayış evlərinin elektrik təchizatı dayandırılıb, orada yaşayan əhali təxliyyə edilib.

Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlər görülür. Hadisənin başvermə səbəbi barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə