…Gün ərzində Rusiyada koronavirusa yoluxmuş 697 nəfər həyatını itirib. Qeyd edilməlidir ki, bu, üçüncü dalğanın və ümumiyyətlə pandemiyanın milli miqyasda anti-rekordudur.
Xatırladaq ki, təkcə gün ərzində Moskvada 116, Sankt-Peterburqda isə 110 ölüm hadisəsi qeydə alınıb. Təbii ki, koronavirusa yoluxmuş ölümlərlə bağlı xəbərlər Rusiyanın əyalət şəhərlərindən də gəlməkdədir.
Qeyd edək ki, cümə günündən şənbə gününə qədər Rusiyada 24 min 439 nəfərdə koronavirus infeksiyasına yoluxma təsdiqlənib ki, bu da 16 yanvar tarixindən bəri maksimum göstəricidir. Bildirək ki, bu rəqəm qeyri-rəsmi rəqəm kimi də qəbul edilə bilər. Yəni koronavirusla bağlı ölənlərin sayı daha çox ola bilər.
Amma bütün real və qeyri reallıqlara baxmayaraq, verilən son məlumatda koronavirusa yoluxma sayına görə, paytaxt Moskva 7 min 446, onun bölgələri 2 min 596 və Rusiyanın şimali paytaxtı olan Sankt-Peterburq 1 min 733 nəfərlə ilk üçlükdədir.
Bundan əlavə, bildirək ki, bütün pandemiya dövründə Rusiyada 5 milyon 585 min 799 nəfərdə koronavirus aşkar edilib ki, bunlardan da 137 min 262 nəfəri ölüb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB