Ukrayna ilə dövlət sərhədinin mühafizəsi gücləndirilir. SİA xəbər verir ki, bu barədə Belarusiya Dövlət Sərhəd Komitəsinin rəsmi nümayəndəsi Anton Bıçkovski RİA Novostiyə verdiyi açıqlamada bəyan edib.
Qeyd olunur ki, cümə günü, Belarusiya prezidenti Aleksandr Lukaşenko sərhəd qoşunlarına Ukrayna ilə sərhədi tamamilə bağlamağı əmr edib. Bildirilir ki, Belarusiyaya Ukrayna tərəfdən "çox sayda silah" daxil olur.
"Belarusiya Respublikasının Ukrayna ilə dövlət sərhədinin qorunması sərhəd xidməti və sərhəd nəzarətinin gücləndirilmiş bir variantında həyata keçirilir", deyə Bıçkovski bildirib.
Onun sözlərinə görə, "müəyyən ərazilərdəki mövcud vəziyyəti nəzərə alaraq, sərhəd xidməti orqanları vətəndaşların sərhəd zonasında və zolaqda olma və qalma prosedurlarına nəzarəti gücləndirmək üçün taktiki ehtiyatlardan istifadə edirlər."
Sərhəd komitəsinin rəsmi nümayəndəsi əlavə edib ki, "sərhəd-keçid məntəqələrində sərhəddən keçən şəxslərin qeydiyyatı həm girişdə, həm də çıxışda şəxslərin nəzarətinin gücləndirilməsindən ibarət olan mövcud məhdudiyyətlər və əlavə təhlükəsizlik tədbirləri nəzərə alınmaqla aparılır və ilk növbədə Belarusiya girişindən sonra nəqliyyat vasitələrinin yoxlanılması təmin edilir.
"Ümumiyyətlə, Ukrayna istiqamətində həm yaşıl sərhəddə, həm də nəzarət-buraxılış məntəqələrində sərhəd keşikçilərinin sayı artırılıb", deyə o əlavə edib.
Bıçkovski, “Belarusiya sərhəd xidmətinin Belarusiya dövlət sərhədində milli maraqlarını təmin etmək üçün kifayət qədər qüvvə və vasitəyə malik olduğunu” vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB