Ukraynanın keçmiş xarici işlər naziri Pavel Klimkin Avropa Birliyinin Rusiyaya qarşı yeni, daha güclü sanksiyalar tətbiq etmək istəməməsindən şikayətlənib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, keçmiş nazir bu şikayətini “Kiyev” telekanalının efirində edib.
"İstəyirik ki, sanksiyalar Rusiyanı həqiqətən vurub məhv etsin, öldürsün, amma sanksiyalar strateji olaraq tətbiq edilir. Avropa Birliyində Rusiyanı məhv edəcək yeni sanksiyalar tətbiq etmək istəyi varmı? Xeyr, sizə yüz faiz deyirəm ki, hər hansı bir ölkə buna hazırdır, bəlkə də Litvada da belə bir şeyə hazırdırlar, amma Avropa Birliyində yox", deyə Klimkin narazılıq ifadə edib.
Keçmiş xarici işlər naziri, ABŞ-ın Rusiyaya qarşı sanksiya siyasətini yalnız Vaşinqtonun Moskva ilə "razılığa gələ bilməyəcəyinə" qərar verəcəyi təqdirdə gücləndirəcəyi fikrini bildirib. Klimkinin fikrincə, o zaman da, ABŞ tədricən hərəkət edəcək, çünki ona görə Vaşinqtonda Rusiya ilə iqtisadi əlaqələrin davam etdirilməsində maraqlı olan tərəflər var.
Bundan əlavə, Klimkin, Kiyevin Şimal axını-2 uğrunda "mübarizədə məğlub olduğunu" vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB