Fici arxipelağı yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verib

Fici arxipelağı yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verib

Fici arxipelaqı yaxınlığında 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

SİA-nın məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Ficinin paytaxtından 470 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 605,6 km dərinlikdə olub.

Sunami təhlükəsi barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə