...Belə görünür ki, dünənə qədər ermənilər Artak Beqlaryanın xidmətlərindən yetərincə yararlana bilmirmişlər. “Şikəstin biridir”-deyib Ombudsman eləyib oturtmuşdular bir küncdə. Amma sən demə, başqa ölkələrdə dövlət səlahiyyətlilərinin qəbul etdiyi qərarları dəyişdirmək hüququ olmayan ombudsmanlardan fərqli olaraq, ermənilərin şikəst bildikləri çəlimsiz Artak görün hələ bir “nələrə qadirmiş”.
Deməli, bir müddət bundan əvvəl ombudsmanlıqdan imtina etmək qərarı verən Artak Beqlaryan artıq özünü “əyalət naziri” kimi təqdim edərək ermənilərə bir sıra vacib açıqlamalar verməyə başlayıb. Özü də elə açıqlamalar ki, “prezident” Arayik Arutyunyanın qeyri-müəyyən və gələcəyə dair ümumi baxışları olan rəsmi hesabatına heç bənzəyib eləmir. Belə ki, Arayikin açıqlamalarından fərqlı olaraq, Artakın açıqlamaları ermənilər üçün daha inandırıcı, konkret, hədəfli daha nə bilim... hər şeyi yerində olan "açıqlamalardır". Nə isə, keçək Artakın açıqlamalarına...
...Deməli, Artak nə deyir? ... Artak, ilk olaraq, hazırda Qarabağdan imkan tapıb qaça bilməyən və ona görə də oturub-duruşunu “tikanüstü” bilən ermənilərə müraciət edərək onlardan qaçmamağı təvəqqe edir. Deyir ki, mən dünənə qədər sizlərə ombudsmanlıq etsəm də, əslində mənim gözəl rəhbərlik qabiliyyətim var. Ona görə də, icazə verin sizləri gözəl günlərə aparacaq gələcək planlarımı açıqlayım.
Beləliklə, Artak hazırda böyük su, elektrik problemləri ilə üzləşən ermənilərə ümid verir. Onlar üçün su təhlükəsizliyi səviyyəsinin artıracağını deyir. Deyir ki, bunun üçün ilk olaraq, Zəngəzur Mis-Molibden kombinatının çaylara axıtdığı zəhər dolu məmulatlı suyu azərbaycanlılar tərəfə yönəltməliyik...
Sonra da deyir ki, bu gün Azərbaycan mallarının əsas axını üçün böyük əhəmiyyət kəsb edən Qırmızı bazar-Şuşa yolundan azərbaycanlıların istifadə etməsinə imkan verməyəcəm(?). (...kül başına, ay Hitler...) Çünki, azərbaycanlıların yollarda etdikləri “özbaşnalıqlar” barədə artıq rus sülhməramlıları da məlumatlıdırlar. Bununla bağlı, sən demə, “ermənilərin silahlı qüvvələri” də profilaktik tədbirlər görməyə başlayıblar. (...üstünə, Artak gəlir)
...Burada İrəvanın səssiz davranışına münasibət bildirən Artak “əminliklə” Artsaxın Azərbaycanın tərkibinə daxilolma şərtini qəbul etməyəcəyini bildirib. Yəni, belə görünür ki, bundan sonra buradakı ermənilərin xarici və daxili siyasətini Artak şəxsən özü müəyyən edəcək.
Rus sülhməramlılarına gəlincə, Artak qeyd edib ki, onların iştirakı 5 ilə məhdudlaşmayacaq. Beqlaryanın dediyinə görə, bu gün “erməni ordusu” bir az zəifləsə də, amma gələcəkdə güclənib bizim təhlükəsizliyimizin qarantı ola bilər. Onun fikrincə, əgər bu olmasa, “...düşünürəm ki, təhlükəsizliyimizə zəmanət verən rus sülhməramlıları uzun müddət Artsaxda qalacaqlar”.
...İnanın ki, Artakın bu açıqlamalarına baxanda, ermənilərin rəhbər seçimindəki yanlışlıqlarına heyrət etdim. Doğrudan da, Arayik Arutyunyanla Artak Beqlaryan arasındakı müqayisə ölçüyəgəlməzdir.
Belə görünür ki, azərbaycanlıların taleyi üzlərinə gülüb, yəni 44 günlük müharibə dövründə Artak Beqlaryan elə bir səlahiyyət sahibi olmayıb, sadəcə ermənilərə ombudsmanlıq edib... Amma görünən budur ki, Beqlaryan bu gün siyasi liderlik üçün ciddi bir iddia irəli sürür(?).
Maraqlıdır ki, bəzi ermənilər bu gün rəsmi İrəvanın qarabağlı ermənilərin daxili problemlərindən, həm də münaqişənin həlli prosesindən açıq şəkildə uzaqlaşdığına diqqət çəkərək Artak başda olmaqla digər ermənilərin ruslara yalmanmaqla nəyəsə nail ola biləcəyinə ümid edirlər.
Təbii ki, burada mənim fransız səyyahı Qraf De Şolenin ermənilər barədə dedikləri yadıma düşür. Səyyah yazırdı ki, “...ermənilərin yoxsulluq və əzab-əziyyət çəkməsi məndə onlara qarşı böyük rəhm oyatmasına baxmayaraq, onların haramzadalığı, kələkbazlığı o dərəcədə biabırçı, o qədər hiddətləndirici idi ki, mən heç vaxt onlara bağlana bilməzdim...”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB