ABŞ Türkiyəni uşaqları müharibəyə cəlb edən ölkələrin siyahısına daxil etdi
ABŞ, Türkiyəni "son bir ildə uşaq döyüşçülərin istifadəsində iştirak edən ölkələr" siyahısına daxil edib. ABŞ-ın bu siyahısında ilk dəfədir bir NATO müttəfiqinin adı salınır.
Siyasi analitiklər Ankara ilə Vaşinqton arasındakı gərgin münasibətlərin zirvəyə çatdığı barədə danışmağa başlayıblar.
ABŞ Dövlət Departamenti insan alveri ilə bağlı hesabatında Türkiyənin uzun müddətdir dəstək verdiyi Suriyanın müxalifət qrupuna və uşaq döyüşçüləri götürərək istifadə edən Sultan Muradın Suriyadakı bölməsinə "maddi dəstək" göstərdiyini bildirib.
Türkiyədən bu addıma dərhal reaksiya verilməyib. Dövlət Departamentinin yüksək səviyyəli rəsmiləri jurnalistlərlə brifinq zamanı Liviyada uşaq əsgərlərin istifadəsindən də bəhs edərək, Vaşinqtonun problemi həll etmək üçün Ankara ilə işləyəcəyinə ümid etdiyini söylədi.
“Xüsusilə Türkiyə ilə əlaqədar olaraq ... bu, ilk dəfə bir NATO üzvünün uşaq əsgərlərinin qarşısının alınması qanunu siyahısına düşməsi faktıdır”- Dövlət Departamentinin rəsmisi deyib.
Bu siyahıda olan ölkələrə qarşı təhlükəsizlik və hərbi texnikanın ticari lisenziyalaşdırılmasına dair yardımlara məhdudiyyətləri qoyulur.
Elçin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB