Alman banklarına hücumlarda günahlandırılan RUSİYALI HAKKERLƏRDİR

Alman banklarına hücumlarda günahlandırılan RUSİYALI HAKKERLƏRDİR

Rus hakkerlər Almaniyanın "kritik infrastruktur və bank sektoruna" kiberhücumlarda iştirak etməkdə günahlandırılıb. SİA xəbər verir ki, bu baərə “Bild” qəzeti gizli xidmətdəki mənbələrinə istinadən məlumat verib.

Təsdiq olunur ki, hücumlar "Fancy Bear qrupundan olan və dövlətə məxsus Rus hakerlər" hesab olunur. Federal İnformasiya Texnologiyaları Xidməti nəşrə edilən hücumları təsdiqləyib. Bununla belə, bu versiyanın lehinə bir dəlil də təqdim etməyib.

Nəşrin mənbələri, "Rusiyaya qarşı sanksiya siyasətinin qisası", həmçinin Belarusiya və onun rəhbərliyinə qarşı sanksiyaların qarşısını almaq cəhdləri daxil olmaqla, kiberhücumların səbəbi kimi müxtəlif versiyalar göstərirlər.
Xatırladaq ki, Qərb dəfələrlə Moskvanı daxili işlərinə qarışmaqda və kiber hücumlarda günahlandırıb. Rusiya isə öz növbəsində bütün ittihamları rədd edərək, Qərb ölkələrinin heç bir dəlil təqdim etmədiklərini bildirib. Moskva da dəfələrlə kiber təhlükəsizliklə bağlı bir dialoqa hazır olduğunu bəyan edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə