Dominikanda koronavirusla əlaqədar tətbiq edilən fövqəladə vəziyyət uzadılıb
Dominikan Respublikasında koronavirusla əlaqədar tətbiq edilən fövqəladə vəziyyət rejimi 45 gün müddətinə uzadılıb.
SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkə rəhbərliyi qərar qəbul edib.
Məlumata əsasən, qərar iyulun 14-ü qüvvəyə minəcək (hazırda qüvvədə olan fövqəladə vəziyyət rejiminin birmə tarixi).
Qeyd edək ki, Dominikan Respublikasında koronavirusa 324 mindən artıq yoluxma halı qeydə alınıb, 3801 nəfər isə koronavirusdan vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB