“Delta” variantı daha yoluxucudur!

“Delta” variantı daha yoluxucudur!

Elm adamları "Pfizer-BioNTech" və "Moderna" peyvəndlərinin insan bədənində Covid-19-a qarşı illərlə qoruya biləcək güclü bir immun reaksiya yaratdığını sübut edib. SİA-nın "Nyu York Times" qəzetinə istinadən verdiyi xəbərə görə, "Pfizer-BioNTech" və "Moderna" peyvəndləri "Delta" variant da daxil olmaqla Covid-19-un üç variantına qarşı təsirli olan yüksək dərəcədə neytrallaşdıran antikor yaradır.

Araşdırmaya rəhbərlik edən Luiz Vaşinqton Universitetinin professoru Ali Ellebedi qeyd edib ki, bu peyvənd vasitəsilə toxunulmazlıq əldə edirik və bu isə daha davamlı olduğunun yaxşı bir əlamətidir. “Nature” jurnalında da yayımlanan araşdırmada, hər iki peyvəndin ilk dozasından təxminən dörd ay sonra, bədənin limfa düyünlərinin gələcək infeksiyalara qarşı qorunmaq üçün immun hüceyrələri yetişdirən germinal mərkəzlərinə sahib olduğu məlum olub.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə