Belarusiya səlahiyyətliləri, Avropa Birliyinin sanksiyalarına cavab olaraq, Avropa strukturları nümayəndələrinin ölkəyə girişinə qadağa qoydular. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Beləliklə, verilən məlumata görə, Avropa Birliyinin Minskə qarşı sanksiyalar tətbiqində əməyi olan bütün şəxslərin Belarusiyaya girişinə qadağa qoycğını açıqlayıb. SİA bu barədə xarici mətbuata istinad edir.
Avropa Birliyində təmsil olunan ölkələrindən belaruslara qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiq olunmasına kömək edən şəxslərin Belarusiyaya girişinin qadağan ediləcəyini açıqlayan Minsk, buna baxmayaraq, Avropa Birliyi ilə dialoqun inkişaf etdirmək təkliflərinin qüvvədə qaldığını da istisna etməyib.
Verilən məlumatda Belarusiya tərəfinin iqtisadi xarakterli tədbirlər də daxil olmaqla digər cavab tədbirləri inkişaf etdirməyə hazır olduğu vurğulanıb.
Xatırladaq ki, Belarusiya ilə Avropa Birliyi arasındakı “münaqişənin pik nöqtəsi” Ryanair təyyarəsinin Minskə məcburi enməsindən sonra başlayıb. Bu gün artıq Almaniyanın “Lufthansa”, Polşanın “LOT” və Latviyanın “airBaltic” şirkətləri Belarusiya paytaxtına müntəzəm uçuşlarını ləğv ediblər.
Onu da bildirək ki, bu gün artıq Belarusiya Avropa Birliyinin Şərq Tərəfdaşlığı təşəbbüsündə iştirakını da dayandırmağa qərar verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB