İlon Maskın sərvəti artıb ON MİLYARD DOLLAR

İlon Maskın sərvəti artıb ON MİLYARD DOLLAR

Keçən həftə sonunda elektriklə işləyən avtomobillərin istehsalçısı olan Tesla şirkətinin rəhbərinin sərvəti 9,9 milyard dollar artıb. SİA xəbər verir ki, bu barədə Forbes nəşri hesablamalarına əsasən məlumat yayıb.

Nəşrə görə, Maskın sərvəti Tesla səhmlərinin dəyərindəki artım sayəsində təxminən 9,9 milyard artıb və 165,9 milyard dollar olub. Mask hələ də Forbes-in Real-time milyarderi siyahısında üçüncü yerdədir.

Qeyd edək ki, Tesla səhmlərinin dəyəri keçən həftənin sonunda 7.8 % artıb, cümə günü isə qiymətli kağızlar 1.17% enib. Nəşr, Ağ Ev və bir qrup ABŞ Demokrat və Respublikaçı senatorun çərşənbə günü təxminən 1,2 trilyon dollarlıq "infrastruktur paketi" ilə bağlı ilkin razılığa gəldiklərini nəzərə alaraq, şirkətin qiymətli kağızlarının dəyərinin belə aktiv artmasını ümumi bazar nikbinliyi ilə əlaqələndirir.

Xatırladaq ki, Amerikanın Tesla Motors şirkəti 2003-cü ildə elektriklə işləyən nəqliyyat vasitələri və əlaqədar texnologiyaların inkişaf etdiricisi və istehsalçısı kimi qurulub. Şirkətin mərkəzi Palo Altoda, Kaliforniya ştatındadır. Şirkət elektriklə işləyən nəqliyyat vasitələrinə əlavə olaraq öz texnologiyasından istifadə edərək batareyalar və elektrik mühərrikləri istehsal edir və onları Toyota və Daimler kimi digər avtomobil şirkətlərinə satır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə