Braziliyada koronavirusdan ölənlərin sayı 513 min nəfəri ötüb

Braziliyada koronavirusdan ölənlərin sayı 513 min nəfəri ötüb

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 33 704 nəfər yoluxub.

SİA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 18 420 598 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 739 nəfər ölüb, ölənlərin ümumi sayı 513 474 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə