ABŞ-da yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb
ABŞ-ın Florida ştatında yaşayış evinin çökməsi nəticəsində ölənlərin sayı artıb.
SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə mətbuat konfransı zamanı Mamayi-Deyd dairəsinin rəhbəri Daniela-Livayn Kava deyib.
Onun sözlərinə görə, ötən gecə ərzində daha 4 nəfərin meyiti tapılıb: "Ölənlərin sayı 9 nəfərə çatıb".
Dairənin rəhbəri vurğulayıb ki, xilasetmə əməliyyatı davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB