21 yaşlı gənc silahlı hücumda ölüb

21 yaşlı gənc silahlı hücumda ölüb

İstanbul Zeytinburnuda 21 yaşlı Sinan Karadenizə silahlı hücum edilib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Karadeniz başına və bədəninə dəyən güllə ilə həyatını itirib. İstanbul Təhlükəsizlik Müdirliyi Cinayət Bürosu, hadisə yerindən qaçan şübhəlinin tutulması üçün iş başladıb.

İddiaya görə, hadisə saat 23:00 radələrində İstanbulun Zeytinburnu səmtinin Yeşiltepe məhəlləsində baş verib.

İddiaya görə, bir qrup şübhəli şəxs gəncin yaşadığı küçəyə gəlib. Küçədə qarşı-qarşıya gələn tərəflər təpik və yumruqla döyüşməyə başlayıblar. Avtomobillə küçəyə gələn qruplaşmalardan biri belindən silah çıxarıb Sinan Karadeniz'i təqib etdikdən sonra atəş açıb. Sinan Karadeniz başına və bədəninə dəyən güllələrdən ağır yaralanıb.

Silah səslərini eşidən məhəllə sakinləri ağır yaralanan gənclərə kömək etmək üçün küçəyə çıxıblar. Yerli sakinlərin bildirişi üzərinə hadisə yerinə polis və sağlamlıq qrupları göndərilib. Karadeniz, sağlamlıq qrupları tərəfindən təcili yardımla xəstəxanaya aparılıb. Bütün müdaxilələrə baxmayaraq, gənc xəstəxanada ölüb. Gəncin cəsədi müayinə üçün Ədli Tibb İnstitutuna aparılıb.

Polis qaçan şübhəliləri axtarır

İstanbul Təhlükəsizlik Müdirliyi Cinayət Bürosu qrupları hadisənin baş verdiyi küçəni təhlükəsizlik zolaqları ilə mühasirəyə alıb və araşdırmalar aparıb. Şahid ifadələrinə müraciət edən qruplar təhlükəsizlik kameralarını araşdırdı. Silahlı təcavüzkarın və yoldaşlarının kimliyini təyin edən qruplar, şübhəlilərin tutulması üçün işlərə başlayıb.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə