İraqın şimalında 3 PKK terrorçusu zərərsizləşdirilib

İraqın şimalında 3 PKK terrorçusu zərərsizləşdirilib

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında Qara rayonunda 3 PKK terrorçusunu zərərsizləşdirib.

SİA-nın məlumatına görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi bildirib.

Nazirlik qeyd edib ki, Türkiyə İraqın şimalında terrorçu mövqelərinə qarşı effektiv zərbələr endirməyə davam edir:

"Türkiyə Hava Qüvvələri müvəffəqiyyətli hava əməliyyatı nəticəsində Qara rayonunda üç PKK terrorçusunu zərərsizləşdirib".

Bütün xəbərlər Facebook səhifəmizdə