“Defender” gəmisini gürcülər milli rəqslə qarşılayıblar

Gəmi Qara dənizdəki Rusiya sərhədlərindəki “təxribat”dan sonra Batumiyə gəlib
“Defender” gəmisini gürcülər milli rəqslə qarşılayıblar

İngilislərin “Defender” gəmisi, rusların dediyinə görə, Qara dənizdəki təxribatdan sonra Gürcüstanda rəqs və mahnılarla qarşılanıb. Rus saytları gəminin qarşılanması zamanı gürcülərin milli rəqslər nümayiş etdirdikləri Batumidən görüntülər də dərc ediblər.

“Biz Batumidə İngilis Donanmasının ən güclü gəmilərindən biri olan “Defender”i qəbul etməkdən məmnunuq. Belə görünür ki, İngiltərə Qara dəniz bölgəsində təhlükəsizliyi təmin etmək üçün tərəfdaşları və müttəfiqləri ilə çalışmağa davam edir”.

Qeyd edək ki, bu fikirləri gürcü səfirliyi “Facebook”da yayımlayıb.

Onu da xatırladaq ki, rusların yazdığına görə, ingilis gəmisi iyunun 23-də rusların xəbərdarlıqlarına baxmayaraq, Rusiya dəniz sərhədini pozmaqda davam edib. Rusiya Müdafiə Nazirliyi “Defender” gəmisinin Qara dənizdəki təhlükəli hərəkətlərini 1982-ci il Dəniz Qanunu Konvensiyasının kobud şəkildə pozulması kimi qiymətləndirir.

Bildirək ki, məsələ ilə bağlı İngiltərənin Rusiyadakı səfirinə etiraz bildirilsə də, amma o məsələ ilə bağlı hələ ki, ölkəsinin mövqeyini açıqlamayıb.

Onu da qeyd edək ki, Rusiyanın dəniz sərhədini pozan gəmiyə rusların atəş açması ilə bağlı deyilənlər ruslar tərəfindən təkzib edilsə də, amma bu sonradan öz təsdqini tapıb.

Bildirək ki, deyilənlərə görə, ingilislərin ruslara qarşı qəsdən təxribata getdiyi barədə də xəbərlər söylənilir. Hətta “Daily Telegraph” agentliyi gəminin Rusiyanın ərazi sularından keçməsinə dair qərarın şəxsən İngiltərənin Baş naziri Boris Conson tərəfindən verildiyini də bəyan edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə