Rusiya tərəfindən yeni tip koronavirusa (Covid-19) qarşı hazırlanmış tək dozalı “Sputnik Light” peyvəndinin istifadəsi Qırğızıstanda təsdiqlənib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünyada koronavirusa qarşı mübarizədə epidemiyadan çıxış yolu olaraq görülən peyvəndlər üzərində araşdırmalar davam edərkən, başqa bir ölkə Rusiyada koronavirusa qarşı hazırlanmış “Sputnik V” peyvəndinin tək dozalı komponenti təsdiqlənib.
May ayının əvvəlində Rusiyada qeydiyyatdan keçən “Sputnik Light” peyvəndi bu günə qədər Angola, Venesuela, Nikaraqua, Fələstin, Bəhreyn və Mauritiusda təsdiq edilib.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB