Avstriyada kəskin dəyişən hava ölkə iqtisadiyyatına milyonlarla avro ziyan vurub

Avstriyada kəskin dəyişən hava ölkə iqtisadiyyatına milyonlarla avro ziyan vurub

Son günlərdə Avstriyanın Yuxarı və Aşağı Avstriya federal əyalətlərində baş verən tufan və dolu ciddi fəsadlara səbəb olub.
SİA xəbər verir ki, kənd təsərrüfatı və fərdi evlərə dəymiş zərərin ilkin qiymətləndirilməsi aparılıb və azı 50 milyon avro həcmində ziyan dəydiyi müəyyən edilib.
Avstriya Dolu Sığortasının verdiyi məlumata görə, dolu ümumilikdə 150 min hektar təsərrüfat sahəsinə zərər vurub. Yaxın müddətdə fermerlərin müraciətləri əsasında zərərin dəqiq həcminə aydınlıq gətiriləcək.
Avstriyanın Çexiya ilə həmsərhəd regionları da tornadonun təsirlərinə məruz qalıb, Çexiya ilə sərhəddə yerləşən Şrattenberq qəsəbəsində fərdi yaşayış binaları və avtomobillərə ciddi ziyan dəyib.
Rəsmi qurumların məlumatına görə, kəskin dəyişən hava şəraiti nəticəsində baş verən tufan və dolu ilə əlaqədar üç gün ərzində 1500 yanğınsöndürmə əməkdaşı ümumilikdə 500 çağırış üçün səfərbər ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə