Azərbaycanlının erməni ilə qonşu olmaq “həsrəti”...

Ermənistan hakimiyyəti azərbaycanlıların Qarabağa qayıtmasını asanlaşdırır?
Azərbaycanlının erməni ilə qonşu olmaq “həsrəti”...

İmam Əlinin belə bir fikri var, deyir “...həyanın ən yüksək zirvəsi insanın özü-özündən həya etməsidir”. İnsanda və ya əgər ona insan demək olarsa... həya yoxdursa, deməli, imanı da yoxdur.

“...Ermənistan rəhbərliyinin əslində özü azərbaycanlıların Qarabağa qayıtmasını asanlaşdırır”. Qeyd edım ki, bu fikirləri ötən gün erməni jurnalistlərini başına yığıb onlara açıqlama verərkən “Beynəlxalq İnkişaf Mərkəzi” ictimai təşkilatının sədri kimi təqdim edilən Tevan Poqosyan adlı bir erməni deyib. Gərək ki, fəlsəfə elmləri doktoru Səlahəddin Xəlilovun fikridir: “Simasızlıq əslində simaların çoxluğundan irəli gəlir”. Təbii ki, adam Tevan Poqosyan kimi erməninin dar düşüncəli fikrini oxuyanda, doğrudan da, bu millətin simasızlığına, əks halda coxsimalılığına təəccüb etməyə bilmirsən.

Beləliklə, ilk olaraq, Poqosyan Ağdam rayonunda nümayəndəsi olduğu erməni faşistlərinin basdırdırdıqları mina xəritələrinin Azərbaycan tərəfinə verilməsinə narazılığını bildirir. Onun sözlərinə görə, Azərbaycan tərəfinin mina axtaracağı müddətdə Qarabağdakı ermənilər heç olmasa azərbaycanlılarla qonşuluqda yaşamaq məcburiyyətində qalmayacaqlarına sevindilər.

Erməninin dediyindən mən belə anlayıram ki, sən demə, azərbaycanlılar erməni ilə qonşu olmağın həsrətlisiymiş... Təbii ki, mən burada köhnə əyyamlarda olduğu kimi, qonşu erməni axçilərinin azərbycanlı kişiləri ilə səmimi qonşu münasibətlərini də inkar etmək istəmirəm... Nə isə, baş aparmayaq.

...Maraqlıdır ki, erməni xislətinin bariz nümunəsi olan Poqosyan Ermənistanın “belə bir humanist” addımından sonra beynəlxalq tərəfdaşların qalan minalı ərazilərin xəritələrinin də Bakıya verilməsini tələb edəcəklərindən ehtiyatlanır.

Poqosyan belə hesab edir ki, beynəlxalq ictimaiyyət artıq erməni xalqının “öz torpaqları” uğrunda mübarizə aparmaq istəməməsini anıamağa başlayıb. Erməni xislətinə görə, ermənilərin son seçkidəki nəticələr də bunun əyani olaraq təsdiqinə çevrilməkdədir.

Təşkilat rəhbərinin sözlərinə görə, bu gün çoxlarının məntiqi bir sualı ola bilər: “Ermənilər, ümumiyyətlə, Qarabağa ehtiyac duyurlarmı?”.

...Bax, budur erməninin canına od salıb, onun cızdığını çıxaran: “...bu gün Ermənistan hakimiyyəti, əslində, respublika sərhədlərinin təhlükəsizliyini təmin etmək təşəbbüsünü Azərbaycan tərəfinə verib, çünki Ermənistan Silahlı Qüvvələri əslində bu gün zəlil gündədir. Ayağa durmaq ehtimalı da, hələ ki, sual altındadır. Ona görə də, Ermənistan hərbçiləri azərbaycanlılara müqavimət göstərməyə cürət belə edə bilmirlər. Ona görə də, indi Azərbaycan Ordusu erməni ərazilərinə nə qədər irəliləməyə özləri qərar verirlər”.

Təbii ki, bütün bunları anlayıb dilinə gətirən birinin ermənisayaq həyasızlıq nümayiş etdirməsi, doğrudan da, adama çox gülünc görünür.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə