Koronavirusun Hindistan ştammının yayılması PROQNOZLAŞDIRILDI

Koronavirusun Hindistan ştammının yayılması PROQNOZLAŞDIRILDI

Koronavirusun Hindistan ştammı yay aylarında Almaniyada "artacaq və üstünlük təşkil edəcək", pandemiyanın sonrakı gedişi də vətəndaşların təhlükəsizlik tədbirlərinə riayət etməsindən və peyvənd kampaniyasının necə təşkil edilməsindən asılıdır. SİA xəbər verir ki, bu sözləri Almaniyada Səhiyyə Nazirliyinin rəhbəri Yens Şpan cümə günü keçirdiyi mətbuat konfransında söyləyib.

"Dördüncü dalğa ilə məşğul olub-olunmayacağı barədə fikirlər bir çox insana rahatlıq vermir. Bunun sadə cavabı odur ki, hər cey bizdən asılıdır. Bu yay diqqətli olmalıyıq, yay aylarında istirahət edə, həzz ala bilərik, amma ehtiyatla. Çox qayğısız keçirəcəyimiz bir yay payızda narahatlığa səbəb olmamalıdır. Səyahət ilk növbədə AB daxilində mümkündür, amma xahiş edirəm testlər etmək imkanlarından istifadə edin", deyə Yens Şpan bildirib.

Onun sözlərinə görə, Almaniyadakı hind ştammı "yayda üstünlük təşkil edəcək."

"Bu, aylar deyil, həftələr məsələsidir, bunu mövcud statistikadan görürük. Məsələ, hansı şərtlərin, peyvənd olunanların nisbətinin nə qədər olacağı, xəstələnmələrin, yoluxmaların hansı nisbətdə olmasındadır", deyə Şpan əlavə edib.

Xatırladaq ki, Robert Kox İnstitutunun prezidenti Lotar Viler, COVID-19-un yeni halları arasında Hindistan ştammının nisbətinin 15%-dən çox olduğunu söyləyib. Eyni zamanda, Alman həkimlərinin məlumatları göstərir ki, COVID-ə qarşı tam peyvənd olunanlar Hindistan ştammına yoluxduğu zaman xəstəliyin ağır bir forması ilə qarşılaşmırlar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə