“Fikusima\"da partlayış olub

Yaponiyanın "Fikusima- Dayichi" Atom Elektrik Stansiyasında partlayış baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, partlayışa səbəb stansiyanın cari ilin martın 11-də baş verən zəlzələ nəticəsində ciddi xəsarət almasıdır. Stansiyanın operatorunun sözlərinə görə, dördüncü reaktorun yanında qaz bankı partlayıb. Xəsarət alan yoxdur, radiasiya ilə bağlı təhlükə qeydə alınmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə