Çoxmərtəbəli bina çökdü DƏHŞƏTLİ HADİSƏ

ABŞ-ın Florida ştatında çoxmərtəbəli bina qismən çöküb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə yerinə polis, xilasetmə və yanğınsöndürmə qruplarının göndərildiyi bildirilsə də, ölən və ya yaralananların olduğu barədə heç bir məlumat paylaşılmayıb.

Bina Florida ştatının Miami Beach şəhərindəki 88-ci küçə və Collins prospektinin yaxınlığında yerləşir. Miami Yanğınsöndürmə İdarəsindən verilən açıqlamada bölgədə 80-dən çox xilasetmə qrupunun olduğu bildirilib.

Qəza nəticəsində ölən və ya yaralananların olub-olmadığı barədə hələ bir məlumat verilmir. Xilasetmə qrupları işlərinə davam edir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...