İtaliyada yeni tip koronavirus epidemiyasında həyatını itirənlərin sayı 30 nəfər artaraq 127 352 nəfərə çatıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatlarına görə son 24 saat ərzində edilən 198 min 31 testdən 951 nəfərə covid-19 diaqnozu qoyulub. Beləliklə, epidemiyanın başladığı 2020-ci ilin fevral ayından bəri ümumi xəstəlik sayı 4 milyon 255 min 434-ə çatıb.
Aktiv covid-19 xəstələrinin sayı 68 min 619-a, reanimasiyada olanların sayı 344-ə düşdü. Bu gün İtaliyada virusdan həyatını itirənlərin sayı 30 nəfər artaraq 127 352, qurtarılanların sayı isə 5 min 455 artaraq 4 milyon 59 min 463-ə çatıb.
Covid-19-a qarşı geniş yayılmış peyvənd kampaniyasının 27 dekabr 2020-ci il tarixində başladığı ölkədə vaksin olunan insan sayı, bu günə qədər 47 milyon 373 min 720-ə çatıb. Vaksinasiya olunanlardan 16 milyon 457 min 884-ü ikinci dozu da etdirib.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB