Arayik “böyük siyasət”dən getməyə qərar verir…

Ötən gün qondarma “Artsax respublikasının prezidenti” Arayik Arutyunyan istefa etməyə hazır olduğunu bildirib. Maraqlıdır ki, o hətta “böyük siyasətdən” gedə biləcəyini də istisna etməyib. Xatırladaq ki, Arutyunyan bununla bağlı açıqlamanı, dediyimiz kimi, ötən gün Xankəndidəki meydanların birində mitinq adı ilə təlimatlandırılıb göndərilən bir qrup erməninin qarşısına çıxaraq bildirib.

Qeyd edək ki, Arutyunyan “Artsaxda erkən seçkilər”in keçirilməsi ilə əlaqədar çətinlikləri aradan qaldırmağa hazır olub-olmadığını anlamaq üçün əvvəlcə “ictimai və siyasi məsləhətləşmələr” aparmaq niyyətində olduğunu qeyd edib. Onun sözlərinə görə, əgər məsləhətləşmələr müsbət həllini taparsa, o, ən qısa müddətdə istefaya gedərək seçkinin təşkil edilməsində yardımçı olacaq. Bildirək ki, Arutyunyan bundan sonra daha “prezident” olmaq istəmədiyini və buna görə də “seçkilərə” qatılmayacağını da bildirib.

Yeri gəlmişkən bildirək ki, hazırda, məhz Ermənistandakı seçkilərdən sonra Qarabağda oynanılmasına start verilmiş bu oyunların arxasında rus barmağının olduğu heç kimdə elə də bir şübhə yeri qoymur. Məsələ bundadır ki, Ermənistandakı növbədənkənar seçkilərdə alçaldıcı məğlubiyyətə uğrayan Robert Koçaryanla Serjik Sarkisyanın seçkidən sonra sakit dayanmayacaqları çoxlarına bəlli idi. Təbii ki, onların rus kuklaları olduğu və rusların istədikləri vaxt onların xidmətindən istifadə edəcəyi də gözlənilən idi.

Maraqlıdır ki, bizim bir məsəldə deyildiyi kimi, adətən, “canavar tək qalanda, başına çaqqal-çuqqal yığılar”. Əslində, burada “çanavar” sözünü ermənilərə şamil etmək, məncə, böyük günah olardı. Buna baxmayaq, bu gün canavardan başqa nə adla çağırsaq belə yarayacaq Robert Koçaryanla Serjik Sarkisyan artıq tək deyillər. Belə ki, hazırda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri olmuş və növbədənkənar seçkilərdə, hətta seçicilərin belə üstündən ötəri keçdikləri Artur Vanetsyan da bundan sonra “qürurunu” nümayiş etdirməyə qərar verib. Qeyd edək ki, bu da onun rusun gədası olmasından irəli gəldiyinə heç bir şübhə yeri qoymur...

...Məhz bunların fövqündə bu gün Qarabağdakı son hadisələrin məhz rusların tapşırıqları olduğu da, deyildiyi kimi, heç bir şübhə yeri qoymur. Təbii ki, Koçaryan- Sarkisyan cütlüyü də bu hadisələrin təlimatçılarıdırlar. Plan isə, Qarabağda rusların başqa bir tulası olan Vitali Balasanyanın “hakimiyyətə” gətirməkdir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...