Son 30 ildə nüvə müharibəsi riski artıb

Bu gün dünya dövlətləri arsında yaşanan “qarşıdurmalara” diqqət çəkən BMT baş katibinin müavini İzumi Nakamitsu, bütün bunlara rəğmən dünyada nüvə silahından istifadə təhlükəsinin artdığını bildirir.

Onun sözlərinə görə, qəsdən edilən hər hansı bir hərəkət, təsadüfi bir səhv və ya hadisə nəticəsində nüvə silahından istifadə riskini soyuq müharibədən bəri ən yüksək həddə çatdırıb.

BMT-nin silahlanma yarışı və regional gərginlik fonunda yaranan bu vəziyyətdən son dərəcə narahat olduğunu bildirən Nakamitsunun fikrincə, bu gün dövlətlər arasındakı dialoq çatışmazlığı, şəffaflığın azalması silahlara nəzarət rejiminin çökməyə doğru aparır.

Hazırda nüvə güclərinin silahları ləğv etməyə razı olacaqlarına düşünən dünya təşkilatının nümayəndəsi, bununla da nüvə qarşıdurması riskini aradan qaldırmağa razı olacaqlarına da ümid edir.

Qeyd edək ki, bir müddət bundan əvvəl BMT-nin Baş katibi Antonio Quterres Rusiya və ABŞ-ı nüvə arsenallarını daha da azaltmağa çağırış etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə