Moskvada azyaşlı uşaq binanın ikinci mərtəbəsindən yıxılıb

Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzində azyaşlı qız uşağı naməlum şəraitdə binanın 2-ci mərtəbəsindən yıxılıb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, hadisə Obolensky, 7 ünvanında baş verib.

Uşaq yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Onun səhhəti ilə bağlı hələlik məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə