Seçki məntəqəsində insident yaşanıb - ERMƏNİSTANDA

Ermənistanın Abovyan şəhərində 29/20 seçki məntəqəsində insident yaşanıb. SİA erməni mediasına istinadən xəbər verir ki, 3 nömrəli bülleteni seçki məntəqəsindən çıxartmağa çalışan qadın komissiya üzvlərinin diqqətindən yayına bilməyib. Bu haqda polisə məlumat verilib, bülletenlər onun əlindən alınıb. Saxtakarlığa cəhd edən qadın Kotayk polis şöbəsinə aparılıb.

Qeyd edək ki, üç nömrəli bülleten Nikol Paşinyanın “Mənim addımım” Partiyasına aiddir.

Bütün xəbərlər Facebook səhifəmizdə