“Demokratik ölkənin demokratik” seçki sərgüzəştləri...

“...Vur çatlasın, çal oynasın”...beləliklə, “demokratik” Ermənistanda “demokratik” seçkilər hələ ki davam edir. İlk olaraq, Ermənistanın ikinci prezidenti, “Hayastan” blokundan baş nazir vəzifəsinə namizədliyini irəli sürən Robert Koçaryan səs verdikdən sonra jurnalistlərə açıqlama verərək, Ermənistanda layiqli sülh və iqtisadi bərpa üçün səs verdiyini bildirib.

Təbii ki, ermənilər yəqin ki, “təvazökar” Koçaryanın vaxtilə sülh və iqtisadi “tərəqqidə” onları haralara apardığını hələ də unutmayıblar. Amma indi ermənilərə bəzi həmkarları kimi, yalan vədlər verən Robert bir şeyi unudur. O, unudur ki, ruslara yalmanmaqla 2 il müddətində Ermənistanı dəyişəcəyi barədə dedikləri mifalogiyadən başqa bir şey deyil. Koçaryan unudur ki, ermənilərdən möhlət kimi istədiyi iki il müddətində Azərbaycan dayanıb Robertin ruslara sülənməyini müşahidə etməyəcək...

Amma təvazökarlıqdan uzaq olsa da, Robert bir şeydə haqlıdır: onun seçki çağırışları ilə bağlı İrəvanın tin-bucağında asılmış plakatlarının cırılıb atılmasına qarşı nümayiş etdirdiyi irad: “...mən bunu əxlaqi və mədəniyyəti ilə dünyaya səs salan ermənilərə yaraşdırmaq istəməzdim”.

Deyim ki, yerində bildirilmiş iraddır...

Bu arada bəzi erməni saytları Ararat bölgəsinin Azataşen kəndindəki seçki məntəqəsindən atəş səsi gəldiyi barədə məlumat veriblər. Xatırladaq ki, bu ermənilərdə hələ sovetlər dövründən qalan bir ənənədir: onlar seçkiləri həmişə çal-çağırla, yuxarıda da dediyimiz kimi, vur çatlasın, çal oynasınla keçirirlər. Ona görə, atəş səsinə önəm verməyə heç bir lüzum yoxdur.

...İndi iş olan yerdə səhv də olmalıdır. Amma bunu açıb ağartmağa dəyərmi? Vaxtilə, Serj hakimiyyətdə olanda onun yanında sülənən Arman Aşotyanı deyirəm: özünə əl qatıb ki, ermənilərin indi az qala barmaqla sayılası hərbi hissələrində səslərin Nikola verilməsi barədə onda faktlar var. Təbii ki, bu qəbuledilməz hesab edilməlidir. Bundan əlavə, bu Serj Sarkisyana qarşı “böyük” hörmətsizlikdir.

Yeri gəlmişkən, seçki günü ”əsil erməniyə məxsus təvazökarlığı” Serj Sarkisyan nümyiş etdirib. Belə ki, erməni mətbuatı nümayəndələri Serjə elə bil, gözdağı verirlərmiş kimi, niyə sabiq baş nazir Karen Karapetyanın ona yox, Robert Koçaryana “dəstək” oldu sualına, Sarkisyan özünə məxsus erməni nəzakətilə “gedin, onun özündən soruşun” deyib.

Daha, başqaları kimi, yəqin əlimin duzu yoxdur və daha nə bilim filan-beşməkan deməyib. Yəni əsil erməniyə məxsus təvazökarlığı nümayiş etdirib. Bundan əlavə, seçki və səsvermə mövzusuna toxunan Sarkisyan hakimiyyət tərəfindən ciddi təzyiqlərə işarə etsə də, amma bütün bunların onun üçün elə də bir problem olmayacağını da demək istəyib. Amma, dediyimiz kimi, erməni təvazökarlığı ona bu sözləri təkrarlamağa imkan verməyib.

...Deyir, dost çətin gündə tanınar. Amma vaxtilə Nikolla “curalıq” edən Artur Vanetsyan indi sabiq dostu ilə bağlı “demaqoq”luq edir. Vanetsyan deyir ki, ona qarşı qanun pozuntuları və təzyiqlər var. Yəni Nikol hakimiyyətdə qalmaq üçün hər cür səy göstərir. Deyim ki, seçki məntəqələrindəki qutulara bülleten atdırmaq üçün binaların döşəmələri altında guya Nikolun tunel qazdırdığı barədə “dezinfomasiyaları” da mənə elə gəlir, elə Vanetsyan yayıb. Əslində burada günahın böyüyü elə Nikoldadır. Ona deyən gərək, sənə vacib idi... Vanetsyanı gətirib erməni Təhlükəsizlik Xidmətinin direktoru qoyasan? Küçədə qalanın biri idi... İndi, utanıb-eləmədən gəlib sənlə alternativ olub...

İnanın ki, mən heç bilmirdim, sən demə, bu ermənilərin ürəyi doluymuş. Əslində, “qüruru” olanlar özlərini belə qürursuz aparmamalıdırlar. “Mənim qürurum var” blokunun təmsilçisi Temina Vardanyanı deyirəm: “Namizədlərimiz təqib olunur, qanunsuz olaraq saxlanılır, mənzillərində və qərargahlarında heç bir əsas olmadan axtarış aparılır”-deyə erməni qadını “qan” ağlayır. Hə, bəs nə olmalıydı?

...Yerı gəlmişkən, bugünkü seçki fəallığını 9 dekabr 2018-ci il tarixində keçirilmiş erkən parlament seçkiləri ilə müqayisədə 2 faizdən çox olduğunu deyən ermənilərin niyə belə passivlik göstərdikləri, hələ ki, başadüşülən deyil? Seçkinin bitməsinə az qalır, amma hələ ki, səs verəcək 2 milyon 593 min 572 seçicidən cəmi 695,626 nəfəri seçki qutularına yaxınlaşıb.

...Ayə, ay erməni, 2 milyon bəs eləyirdi də, 593 min 572 nəfəri də bunun dalına qoşmağa nə ehtiyac vardı? Sizə deyilmişdi axı, barıdını bir qədər az eləyin...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə