Perunun cənubunda avtobusun gecə vaxtı dərəyə aşması nəticəsində 27 nəfər ölüb

Perunun cənubunda yerləşən Ayakucho regionunda bölgələrarası avtobus gecə saatlarında qəzaya uğrayıb.

SİA-nın məlumatına görə, qəza nəticəsində 27 nəfər ölüb, bir neçə sərnişin ciddi xəsarət alıb.

İlkin araşdırmalara əsasən, mədən işçiləri və ailələrini aparan avtobusun gecə saat 3:00 radələrində 250 metrlik dərəyə düşdüyü bildirilir.

Xilasetmə qrupları, yanğınsöndürənlər və polis əməkdaşları hadisə yerinə cəlb ediliblər, yaralılar xəstəxanalara çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə