Putin və Baydenin təyyarələri və limuzinlərinin müqayisəsi – ARAŞDIRMA

Qərb mətbuatı dünyanın 2 ən güclü dövlətinin liderlərinin maşınlarını və təyyarələrini araşdırıb. Vladimir Putin və Co Bayden dünyanın taleyini həll edərkən, adi insanlar və jurnalistlər kortejləri və təyyarələrini müqayisə ediblər. SİA mövzu ilə bağlı xarici mediada yayılmış məqamları təqdim edir.

Putin və Baydenin maşınları

Daily Mail-in (İngiltərə) verdiyi məlumata görə, Bayden sammitə 1,5 milyon dollar dəyərində “The Beast” (Vəhşi) adlı zirehli ABŞ istehsalı “Cadillac”-la gəlib.

Putin isə Cenevrədəki sammitə 4.4 litrlik V8 mühərrikə və 598 at gücünə malik Rusiya istehsalı “Aurus Senat”ında gəlib.

Ekspertlər, Vəhşi"nin gecə görüş kameraları, gözyaşardıcı qaz topları və bomba partlayışına davam gətirən 20 santimetrlik zirehlə təchiz olunduğunu qeyd edirlər. Qapılarının çəkisi “Boeing 757” ilə eynidir və təkərlər deşilmir.

Avtomobildə, həmçinin fövqəladə vəziyyətlər üçün təhlükəsiz bir oksigen sistemi və prezidentin öz qanı ilə təchiz olunmuş sistem vardır.

Kimyəvi və bioloji hücumlardan qorunmaq üçün 7.6 santimetr qalınlığında pəncərələri olan güllə atışlarına və partlayışlara da davam gətirir. Poladdan və keramikadan hazırlanmış birləşmiş zirehin qalınlığı 20 santimetrdir.

Qeyd edək ki, ABŞ prezidentinin standart kortejində "nüvə futbolu" olan bir maşın və təcili tibbi yardım da daxil olmaqla ortalama 70 avtomobil var.

Putinin limuzini isə, Rusiyanın lüks avtomobil brendi NAMI-nin oxşar şəkildə qorunan (ən yüksək səviyyəli) zirehli rəhbər sinifə məxsusdur. Avtomobil ən yüksək texnologiyalarla təchiz olunub və istənilən şəraitdən, istənilən hücumdam etibarlı müdafiə təmin edir.

Tam olaraq Rusiya istehsalı olan “Aurus Senat” keyfiyyət, komfort, təhlükəsizlik və gücünə görə dünyanın ən yaxşı avtomobilləri sırasındadır.

Aurus “Senat”ın mülki modelləri də var və müxtəlif modifikasiyarda məhdud sayda istehsal olunur.

Dövlət başçılarının təyyarəsi

Dövlət başçılarının təyyarələrini xatırlasaq, Rusiya prezidentinə xidmət edən “Rossiya” uçuş dəstəsinin ixtiyarında bir neçə “İl-96-300PU”, “Tu-204” və “Tu-214” təyyarəsi var.

1 nömrəli bort “ İl-96”-dır. Bu model mülki aviasiya üçün tipik bir təyyarədir. Ancaq əlbəttə ki, Putinin “Bort-1”-i xüsusi rabitə sistemləri, raket buraxılışından qorunma sistemləri və iş üçün lazım olan hər şeylə təchiz olunmuşdur.

ABŞ-ın “1 nömrəli bort”u “Boeing-747” təyyarəsinin modifikasiyasıdır. Prezidentin təyyarəsi standart Boeing-747-dən ölçüsü, xüsusiyyətləri və quraşdırılmış təhlükəsizlik sistemlərinə görə fərqlənir. Təyyarənin 3 göyərtəsinin ümumi sahəsi 370 kvadrat metrdir.

Gəmilərin üçüncü göyərtəsində 85 telefon və 19 televiziya ekranı da daxil olmaqla ehtiyac duyduğunuz hər şeylə təchiz olunmuş komanda məntəqəsi və rabitə otağı var. Dövlət laynerlərinin İnternetə qoşulması sistemi 112 milyon dollara başa gəlib.

Əslində, Putin və Baydenin laynerləri təxminən bərabərdir - rahatlıq, təhlükəsizlik və rabitə sistemləri eyni səviyyədədir. Ancaq Putinin təyyarəsi kosmosdan praktik istifadəyə, Baydeninki isə Amerikanın özünə xas olan hegemonluq iddiasına vurğu edir.

Qalan liderlər yüksək sinif laynerləri ilə uçurlar. Məsələn, Almaniya kansleri Angela Merkel “Airbus A340-300”, Fransa prezidenti Emmanuel Makron isə “Airbus A330-200” istifadə edir. Beləliklə, prestij məsələsi həmişə belə hallarda 1-ci olur.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə