Braziliyanın San-Paulo şəhərində yerləşən “Keymada-Qrandi” ( “Ilha da Queimada Grande” ) və ya “İlanlar adası” dünyanın ən təhlükəli adasıdır. SİA xəbər verir ki, San-Paulo şəhərinə 144 km məsafədə yerləşən adanın ərazisi 43 hektardır. Adanın “ilanlar adası” kimi də tanınmasının səbəbi burada 4000-dən çox zəhərli ilan növünün yaşamasıdır. Burada hər kvadrat metrdə 5 ilan yaşayır. 1920-ci ildən bəri bu adaya insanların girişi qadağan olunub. Yalnız xüsusi geyimlə alimlərin buraya girişinə icazə verilir.

Adanın əsas sakinləri ada bottropslarıdır. Bu ilanların uzunluğu 50-70 sm-dir. Braziliyada ilanların səbəb olduğu ölümlərin 90%-i bottropsların payına düşür. Adanın ilanları hər hansı bir kontinental ilandan dəfələrlə zəhərlidir. Bu ilanların dişləməsi qurbanının bütün toxumalarının dağılmasına səbəb olur.

Burada avtomatik işləyən mayak quraşdırılıb. Ada ətrafındakı sudan balıqçılar və dalğıclar istifadə edirlər. Turistlər buraya qayıq ilə yaxınlaşıb qıraqdan seyr edə bilərlər.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə