Gürcüstan Xarici İşlər naziri Antalya Diplomatik Forumunda iştirak edəcək

Gürcüstan Xarici İşlər naziri Antalya Diplomatik Forumunda iştirak edəcək

Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani iyunun 18-19-da Antalya Diplomatik Forumunda iştirak edəcək.

SİA xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.

Bildirilib ki, XİN başçısı forumun “Cənubi Qafqaz: Regional əməkdaşlıq üçün yeni fürsətlər” adlı panelində Azərbaycanlı həmkarı Ceyhun Bayramovla birlikdə iştirak edəcək.

Səfər çərçivəsində David Zalkalianinin həmkarları ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə