Bütün dünya ABŞ prezidenti Co Baydenlə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında baş tutan görüşdə çəkilən fotolar Amerika siyasi dairələrini bir-birinə vurub. SİA xarici mətbuata istinadən xəbər verir ki, 78 yaşlı ABŞ prezidenti Baydenin əlindəki kağız fotoqrafların diqqətindən yayınmayıb.
Məsələ burasındadır ki, bu foto yaxın zamanlarda ABŞ-da prezidentliyin Baydendən vitse-prezident Kemala Harrisə veriləcəyi iddialarını bir daha gücləndirib. Belə ki, xəstəliyi və yaşının çox olması səbəbindən Bayden daim yanında kağıza yazılmış qeydlərlə gəzir, prezidentdə yaddaş pozğunluğu yaranıb. Ağ Ev rəhbərinin səhhətindəki problemlərin ciddi olduğunu hər kəs bilir. Və əgər Bayden vəzifəsinin öhdəsindən gələ bilməzsə o vaxt prezidentlikdən istefa verməli, oun yerinə vitse-prezident keçməlidir.
Qeyd edək ki, Bayden bu ilin 20 yanvar tarixində vəzifəsinə bağladıqdan sonra ilk dəfədir ki, Rusiya prezidenti Vladimir Putinlə görüşür. İsveçrənin Cenevrə şəhərində başlayan Bayden-Putin zirvə görüşü 4 saat davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB