“Ekstrasens” Şarmazanovun “zəhmi”… - SARKAZM

“Ekstrasens” Şarmazanovun “zəhmi”…  - SARKAZM

Ermənistanda seçki yaxınlaşdıqca, ölkədə yeni “ekstrasenslər” peyda olmağa başlayıb. Belə ki, bu “ekstrasenslər”in bəziləri fərqli, bəziləri isə elə özlərinə sərf edən proqnozlar verirlər.

Məsələn, “qələbə dünyanın dəyərini hamıdan yaxşı bilən ləyaqət sahiblərinə verilir”. Yəqin xatırladınız, bu fikirləri bir müddət bundan əvvəl, ermənilərin üçüncü prezidenti olmuş Serj Sarkisyan səsləndirmişdi. Nə gözəl. nə gözəl…

Sizi bilmirəm, amma mən seçki ərəfəsində Serjin səsləndirdiyi bu fikirlərdə “böyük ləyaqət sahibi” kimi özünün nəzərdə tutduğuna heç bir şübhə etmirəm. Doğrudan da, layiqli ölkəyə, Serj Sarkisyan kimi layiqli rəhbər də lazımdır.

Qeyd edək ki, bunu artıq Sarkisyanın yaxın ətrafı da ermənilərə aşılayıb, onları inandırmağa çalışırlar. Məsələn, erməni “qürurlu”larının “fədakar” nümayəndəsi, yəni “mənim qürurum var” blokunun təmsilçilərindən biri olan Eduard Şarmazanov ötən gün erməni jurnalistlərə verdiyi açıqlamasında Ermənistanda keçiriləcək seçkinin ilk turunda müxalifətin 50 faiz + 1 səs qazanacağını bildirib.

Yenə də Sizi deyə bilmərəm, amma mən bu səslərin 48-49 faizinin Serj Sarkisyan tərəfindən yığılacağına 100 faiz əminəm.

Maraqlıdır ki, Şarmazanov ermənilərin seçki marafonunun ikinci turunun qalibini bir az dumanlı görsə də, amma buna baxmayaraq, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın qalib gələcəyinə inanamdığını bildirir. Hətta bunu dumanlı çəkildə də olsa ayrıd edə bilir…

Bu yerdə bildirim ki, o vaxt Serj Sarkisyanın ermənilərin baş nazirliyindən getməsi, Şarmazanovu bekar duruma salmaqdan əlavə onun səhhətinə də təsirsiz ötüşməyib. Xatırlayıram ki, o vaxt Eduard Serjin yanında fırlananda, tükün ucunu belə seçirdi. Yəni qartaldan da iti görərdi. İndi gözləri elə zəifləyib ki, hətta üç gün qabağı belə dumanlı görür…

Amma buna baxmayaraq, o Paşinyanın 60 faizlik səs yığa biləcəyi barədə dediklərinə şübhə edir. Eduardın fikrincə, Nikola səs verənləin faizi heç 30-da keçməyəcək. Çünki Serj olan yerdə Nikolun və ya onun seçicilərinin həddi nədir ki, “qürurlu” bir rəhbərin qabağına sədd çəkə bilsinlər…

“…“Mənim qürurum var”, mən, Ermənistan cəmiyyətinin satqın Nikol Paşinyanı yenidən qəbul etməsinə imkan verməyəcəyəm”. Şarmazanovun bu dediklərindən, onun bu məsələdə də israrlı olduğu, yenə də heç kimdə şübhə yeri qoymamağa başlayır. Məsələn, o əgər deyirsə ki, mən Ermənistanın “türkləşdirilməsinə” icazə verməyəcəyəm. Deməli, belə də olacaq...və ya deyirsə ki, mən satqın baş nazirin bütün gücünü əlindən alacam… bax, bu vaxt lap elə Serj Sarkisyanın özü belə ehtiyatlanır.

…Deyirlər iştah diş altındadar: nə bilmək olar, əgər bu gün Şarmazanov, doğrudan da, belə bir zəhm göstərirsə, deməli, sabah həmin zəhmi yerinə oturmaq üçün Serjikə də göstərə bilər…

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə