Doğrudanmı, NATO-nun yeni strategiyası təkcə Kremlə qarşıdır?

Rusların ehtimalına görə, Rusiyanı Çindən də təhlükəli bir rəqib olaraq tanıyan “Kollektiv Qərb” hazırda Moskvaya qarşı yeni bir strategiya hazırlayır.

Qeyd edək ki, sələfi Donald Trampın avropalılarla münasibətləri kökündən pozduğunu deyənlər NATO-nun zirvə görüşündə ilk dəfə iştirak edən Cozef Baydenin Şimali Atlantika İttifaqındakı tərəfdaşları ilə ünsiyyət üçün əlverişli bir fon seçilmədən əvvəl də yaradıldığını bildiridilər.

Təbii ki, Bayden Brüsseldə böyük bir nikbinliklə gözlənilirdi. Hətta deyilənə görə, rusların S-400-ü ilə bağlı Türkiyə-ABŞ arasında “yaşanan problemə” baxmayaraq, Baydenin Ərdoğanla görüşü də nisbətən rəvan keçib.

ABŞ-ın Avropa müttəfiqlərinə gəlincə isə, ehtimallara görə onların hamısı görüşün yekunundan daha çox razı qalıblar. Belə ki, Bayden Trampdan fərqli olaraq avropalılardan hərbi xərcləri artırmaq və ya əvvəlki illərdə yığıldığı iddia edilən milyardlarla dollar borcu ödəmək üçün ultimatum tələb etməyib. Əksinə, ABŞ-ın yeni prezidenti NATO-nun ABŞ üçün strateji əhəmiyyətli bir təşkilat olduğunu söyləməkdən belə usanmayıb.

Xatırladaq ki, Zirvə görüşünün əsas mövzusu NATO-nun yeni strategiyasının müzakirəsi olub.

Qeyd edilməlidir ki, NATO-nun on il bundan əvvəl tərtib edilmiş strategiyasının bu gün artıq köhnəldiyinə istehza nümayiş etdirən bəzi rus saytları onların Krımı ilhaq etməsi və Donbasdakı hərbi qarşıdurmada alyansın “müdaxilə” etməməsini strategiynın ümidsizliyi ilə əlaqələndirirlər. Təbii ki, zirvə görüşündə, Qərbin Kremldən şübhələndiyi məsələlərdən biri də kiber cinayətləri olub.

Maraqlıdır ki, NATO üzvlərinin hələ on il bundan əvvəl ciddi bir hərbi qüvvə olaraq nəzərə almadığı problemlər sırasına Çin də əlavə edilib.

...Belə görünür ki, Cozef Baydenin Vladimir Putinlə Cenevrədəki danışıqları öncəsi Şimali Atlantika İttifaqının hazırkı iclası, əsasən Moskva və Pekindən gələn çağırışlara cavab tapmaq ehtiyacına həsr edilibmiş. Deyim ki, bu da rusların gəldiyi qənaətdir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə