Solçu Kastilyo Peruda keçirilən prezident seçkilərinin ikinci turunun qalibidir

"Azad Peru" solçu partiyasını təmsil edən Pedro Kastilyo Peruda keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bunu yerli seçki komissiyası "Twitter" hesabında açıqlayıb.

Hesablamaya görə Kastilyo səslərin 50.125, rəqibi Keiko Fujimori isə 49.875 faizini qazanıb. Beləliklə, aralarındakı boşluq 44 mindən bir az çox səs təşkil edib. Eyni zamanda, 1 milyondan çox bülleten etibarsız sayılıb və 6,4 milyondan çox perulu seçki məntəqələrinə gəlməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...