Rus “sülhməramlıların” Qarabağdakı mandatı müddətsiz olmalıdır?..” - SARKAZM
“…Dərd məgər birdir, ikidir?.. Yaxşı, bu Araik Arutyunyan qanmırdı-qanmırdı, bəs, Paşinyan hara baxırdı? Araikin andiçmə mərasimini gətirib Şuşada keçirmək vacib idi, bəyəm?... Nikolun dili quruyaydı hələ... içib şıllaq ata-ata oynamağı cəhənnəmə, dilinə də yiyəlik edə bilmədi. Budur, Araik də indi avara qalıb. Kimin “prezidentidir", nə iş görür, indiyə qədər mənə qaranlıqdır. Bu dəqiqə, heç bir erməninin yanında qara qəpiyə dəyməz hörməti yoxdur. Ona görə, mən düşünürəm ki, Araik üşün inaqurasiyanın Şuşada keşirilməsinə heç bir ehtiyac yox idi. Çünki Şuşa azərbaycanlılır üçün ən həssas mövzulardan biri idi. Elə şeylər var ki, üstündən keçməyə ehtiyac yoxdur, çünki danışıqlar yolu ilə bir şeyə gələ biləcəyinə ümid yeri qoymursan. Məhz erməni tərəfi düşüncəsiz hərəkətləri ilə Azərbaycanı müharibəyə təhrik etdi”.
...Bunlar Robert Koçaryanın etirafıdır. Maraqlıdır ki,o hələ də nəyə isə ümidlidir. Çünki ümidli olmasaydı, “danışıqlar üçün qapını açıq qoymalıyıq”-deməzdi.
Qeyd edək ki, rusiyalı “sülhməramlıların” Qarabağdakı mandatının müddətsiz edilməsini “təklif edən” Koçaryan, bunu uzunmüddətli planlaşdırılmaya mane ola bilməsi ilə əlaqələndirir.
Maraqlıdır ki, Robert son günlər verdiyi bütün açıqlamalarında hansı millətdən olduğunu o dəqiqə biruzə verdirir. Onun rusların Qarabağda olduğu ərəfədə hər hansı bir toqquşmanın baş verməməsini tərəflərin Rusiyanın sülhməramlılarına olan hörmətin nəticəsi nəticəsi kimi qələmə verir. Təbii ki, bu onun erməniliyindən irəli gələn bir şeydir: yalmanmalıdır da...
44 günlük müharibə zamanı Moskvanın hərəkətlərini “təhlil edən” Koçaryan son dərəcə həssas bir vəziyyətdə olduğunu bildirir (...sənin yiyən öısün ə...) Onun fikrincə, Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqi, vasitəçi həm də ATƏT-in Minsk qrupunun həmsədridir. Koçaryana gərə, bütün bunlar guya, tərəflərdən müəyyən bərabərlik gözləməyi nəzərdə tutur. (...yaman tuturdular)
Bütün bunlara baxmayaraq, sabiq erməni prezidenti “ürəyindəkini dilinə gətirməkdən” özünü saxlaya bilmir: “...Üstəlik, Rusiya Azərbaycanın qonşusudur. Moskva Bakı ilə dostluq münasibətləri qurmağa çalışır deyə, vəziyyət bizim üçün çox çətindir. Ermənistandakı gözləntilər Rusiyanın bu vəziyyətdə nə edə biləcəyi ilə ziddiyyət təşkil edir”.
Qeyd edim ki, Koçaryanı narahat edən mələlələrdən biri də, Azərbaycanın KTMT-yə üzv olan dövlətlərdə olan xoş münasibətidir. Erməni sabiqinin sözlərinə görə, bu gün təkcə
Rusiya istisna olmaqla, Azərbaycanın KTMT-yə üzv olan bütün dövlətlərlə münasibətləri Ermənistanla müqayisədə çox yaxşıdır. Maraqlıdır ki, Koçaryan bunu KTMT-yə üzv ölkələrin Paşinyan hökumətinə olan inamsızlığıyla əlaqələndirir.
Amma yalan danışır. Çünki, Robertin istisna etdiyi elə Rusiya da daxil olmaqla təşkilatda olan ölkələr Ermənistan və ermənilərin hamsı xislət sahibi olduğu ilə bağlı məlumatlıdırlar.
Xatırladıram, 2016-cı lin Aprel döyüşlərindən sonra KTMT tədbirlərinin birində erməni prezidenti Serj Sərkisyan yazıq görkəm alaraq, “qan ağladı” ki, Azərbaycan Ordusu bizi qırırdı sizin isə heç biriniz mənə zəng edib, adicə təsəlli belə vermədiniz...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB