Ermənilər dövlət qurmayan xalq sayılır - Baqratyan

Ermənilər dövlət qurmayan xalq sayılır - Baqratyan

Ermənistanın "Azadlıq" partiyasının rəhbəri, keçmiş baş nazir Hrant Baqratyan ölkəsinin düşdüyü ağır durumdan gileylənib. SİA xəbər verir ki, o, yerli mediaya verdiyi açıqlamada ermənilərin regionda gülüş obyektinə çevrildiyini bildirib:

“Biz bölgədə gülüş predmetinə çevrilmişik. Ermənilər dövlət qurmayan xalq sayılır. Biz artıq bir millət də deyilik. Belə bir durumda 1993-cü ildə Azərbaycan və Gürcüstan olmuşdu. İlahi, bu xalqa müdriklik ver”,- deyə sabiq baş nazir vurğulayıb.

Qeyd edək ki, ötən il İkinci Qarabağ müharibəsindən məğlub ayrılan Ermənistanda iqtisadi-sosial problemlərlə yanaşı siyasi gərginlik də pik həddə çatıb. Qarşıdan gələn növbədənkənar parlament seçkiləri sonrası Ermənistanda vətəndaş müharibəsinin olacağı ehtimal edilir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə