“Microsoft”dan gözlənilməz addım

“Microsoft” 6 il əvvəl başlatdığı “Windows 10”əməliyyat sistemi üçün proqram və təhlükəsizlik yeniləmə dəstəyinə son verəcəyini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ şirkəti, 2015-ci ilin iyul ayında təqdim etdiyi “Windows 10” əməliyyat sistemini 14 oktyabr 2025-ci ildə dəstəyini sonlandıracağını bildirib. “Microsoft”un açıqlamasına görə, “Windows 10”un enerjisi 14 oktyabr 2025-də çıxarılacaq.

Bu tarixdən başlayaraq “Windows 10”un “Home”, “Pro”, “Pro Education”, “Work for Station” versiyaları üçün proqram və təhlükəsizlik yeniləmələri artıq mövcud olmayacaq.

Qeyd edək ki, “Microsoft” 24 iyun 2021-ci ildə yeni nəsil “Windows”u təqdim edəcək.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...