İsrailin yeni Baş naziri vəzifəsinin icrasına başlayıb

İsrailin yeni Baş naziri Naftali Bennet bazar ertəsindən etibarən öz vəzifəsinin icrasına başlayıb, Qüdsdəki dəftərxanasına baş çəkib, işçiləri ilə görüşüb və təhlükəsizlik məsələləri ilə əlaqədar Milli Təhlükəsizlik Şurasının rəhbəri və hərbi müşaviri tərəfindən məlumatlandırılıb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

“Baş nazir Bennet 14 iyun 2021-ci ildə baş nazirin Qüdsdəki dəftərxanasında vəzifəsinin icrasına başlayıb. O, dəftərxananın müxtəlif guşələrini ziyarət edib, işçilərlə görüşüb, həyat şəraitləri ilə maraqlanıb və hər kəsə gələcək fəaliyyətində məhsuldarlıq arzulayıb. Baş nazirin hərbi katibi və Milli Təhlükəsizlik Şurasının rəhbəri təhlükəsizlik məsələləri ilə bağlı Baş nazir Bennetə məlumat veriblər”, - deyə məlumatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...