Meksikanın paytaxtı Mexiko şəhərində evdə edilən axtarışda 17 cəsədə aid minlərlə sümük tapılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, adı "Andres" olaraq açıqlanan, lakin kimliyi qanunla bağlı daha ətraflı məlumat verilməyən 72 yaşlı şübhəlinin evinin döşəməsində aparılan qazıntılarda, 17 nəfərə aid olduğu təsbit edilən 3787 sümük parçası tapılıb.

Hadisə yerində qurbanların şəxsiyyət vəsiqələri və paltar kimi şəxsi əşyalarının da tapıldığı bildirilib. Yerli mətbuat keçmişdə qəssab olduğu bildirilən şübhəlinin qurbanlarını öldürdükdən sonra məharətlə parçaladığını yazıb. Polis, evin bir otağında edilən qazıntı işinin digər otaqlara da genişlənəcəyini açıqlayıb. Qan donduran cinayətlər, şübhəlinin son qurbanı bir polisin arvadı olduğu ortaya çıxıb. Tanış qatil və qadın alış-verişə getdilər və geri qayıtmadıqda, polis məmuru olan həyat yoldaşı qadının axtarışına başladı.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...