Bu günlərdə rus saytlarının birində sovet lideri Nikita Xruşşovun BMT-dəki “məşhur çıxışı ilə bağlı bir yazı ilə rastlaşdım. Qeyd edim ki, yazı müəllifi Nikita Xruşşovun BMT Baş Məclisindəki məşhur çıxışını ən populyar tarixi miflərdən biri kimi təqdim edib. Təbii ki, həmin ərəfədə sovet liderinin bu çıxışına münasibətlər fərqli olub. Belə ki, həmin hadisənin şahidi olanlar bir şey söylədi, beynəlxalq qəzetlər başqa bir şey yazdılar və ən maraqlısı, hətta bunu “təqdir” edənlər də oldu.
Amma buna baxmayaraq, SSRİ, sonradan isə Rusiya hakimiyyəti bu hadisədən bəhs edilən bütün qeydlərin arxivlərdən məhv edilməsinə və insanların yaddaşından silinməsinə çalışırdı.
…Nə baş vermişdi? Beləliklə, şahidlərin sözlərinə görə, hadisə 1960-cı ildə Birləşmiş Millətlər Təşkilatının Nyu Yorkda keçirilən 902-ci plenar iclasında yeni ölkələrin qəbulu ilə bağlı müzakirələr zamanı baş verib. Deməli, iclasda BMT Fransa, Böyük Britaniya və İsrail tərəfindən Misirə qarşı üçqat təcavüzü təhdid kimi qiymətləndirir. Bu arada bəzi qlobal solçular bu hadisəni Coçinos körfəzindəki böhran və 1962-ci ildə Kubada nüvə raketlərinin yerləşdirilməsi ilə əlaqələndirdilər.
İclas zamanı Filippin nümayəndəsi Lorenzo Sumulonqanın “Şərqi Avropa və digər bölgələri xalqlarının SSRİ tərəfindən“ mənimsənilməsi ”nəticəsində mülki və siyasi hüquqlarından məhrum edildiklərini” söyləməsi Nikita Xruşşovu yaman əsəbləşdirir. Belə ki, əsəbi Xruşşov söz almaq üçün əlini qaldırır, ancaq BMT Baş Məclisinin sədri Frederik Boland onu görmür. Bax, bu hadisə Xruşşova yaman təsir edir. Belə ki, yerindən duran sovet lideri qətiyyətlə kürsüyə qalxır və ayaqqabısını çıxarıb masanı döyəcləyərək “…siz Yoskanı hələ yaxşı tanımırsınız”-deyə qışqırır.
Qeyd edək ki, həmən ərəfədə Fransada səfir olan Rusiya Federasiya Şurasının informasiya siyasəti və media ilə qarşılıqlı əlaqələr üzrə müvəqqəti komitəsinin sədri Aleksey Puşkovun atasının dediklərinə istinad edərək, sonradan fransızların Xruşşovun “Yoska” sının kimliyi ilə maraqlanıblar. Amma, maraqlıda olsa, cavab hələ də qapalı olaraq qalmaqdadır.
Yeri gəlmişkən, bildirrək ki, 1953- 1964-cü illərdə SSRİ-yə rəhbərlik edən Nikita Xruşşov hakimiyyəti dövründə Azərbaycana qarşı həmişə ədalətli mövqe nümayiş etdirib. Qeyd edim ki, bunu 1954-1959-cu illərdə Azərbaycana rəhbərlik edən İmam Mustafayev də sonralar etiraf etmişdi.
Mən burada təkcə bir faktı diqqətinizə çatdırmq istəyirəm. Belə ki, Xruşşov həmin ərəfədə onun “yaxın dostu” kimi, təqdim edilən Anastas Mikoyanın Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı təkliflərini qətiyyətlə rədd etmişdi.
Təbii ki, “yaxın dost” kimi, təqdim edilən Mikoyan əsil erməni olub və sonradan Xruşşovun vəzifədən uzaqlaşdırılacağını eşidib Leonid Brejnevə yalmanmağa başlamışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB